Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
sitename
Sələmçilik - Allaha qarşı müharibə etməkdir


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَذَرُوا مَا بَقِيَ مِنَ الرِّبَا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ فَإِنْ لَمْ تَفْعَلُوا فَأْذَنُوا بِحَرْبٍ مِنَ اللَّهِ وَرَسُولِهِ وَإِنْ تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَالِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ


   "Ey iman gətirənlər. Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın. Bunu etməsəniz, Allahın və Onun elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar." (Bəqərə, 278-279).

   İzah: Daha öncə qeyd etdik ki, İslam bütün kütlənin xoşuna gələn, uzun müddət ərzində iqtisadi və mədəni ziyan vurmayan hər növ alqı-satqını və müqaviləni təsdiq etmişdir. Buna görə də bir çox Quran ayəsi müsəlmanlara sələmli alış-verişi qadağan etmişdir.

   Çünki həm cəmiyyətin iqtisadi tarazlığının pozulmasına səbəb olur, həm məşğulluq sahəsində dinamikliyi və inkişafı təhlükəyə atır, həm də çox pis mədəni və psixi nəticələr doğurur.

   Quran bəzən – “Bəqərə” surəsinin 275-ci ayəsi kimi – sələmçiləri fiziki və psixi tarazlığını itirmiş dəlilərə bənzətmişdir. Bəzən də – yuxarıdakı ayə kimi – sələmçiliyi Allah və elçisi ilə aşkar müharibə adlandırmışdır.

   Hədis: İslam peyğəmbəri (s): “Allah, sələm yeyəni, sələm verəni, yazanı və şahidlik edəni lənətləmişdir.” (Əmali, Səduq, səh. 425, hədis: 1).

 

www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))